• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

ING: Manat dollara nisbətən 6,5% bahalaşacaq

06.06.17 12:40 1202
ING: Manat dollara nisbətən 6,5% bahalaşacaq
Hollandiyanın ING bankı 2017 və 2018-ci illər üzrə manatın məzənnəsinə dair proqnozunu açıqlayıb.
"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bank 2017-ci ildə 1 dolların orta məzənnəsinin 1,7 manat, gələn il isə 1,59 manat səviyyəsində formalaşacağını proqnozlaşdırır. Bankirlərin proqnozuna əsasən, bu illə müqayisədə gələn il manat dollara nisbətən orta hesabla 6,47% möhkəmlənəcək.
ING 2016-cı ildə 1 dolların orta məzənnəsinin 1,63 manat olacağını təxmin etmişdi.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu günə USD/AZN rəsmi məzənnəsini 1,7021 səviyyəsində müəyyən edib.
banner

Oxşar Xəbərlər