• çərşənbə, 17 Aprel, 03:37
  • Baku Bakı 14°C

İndoneziya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

28.05.20 12:16 548
İndoneziya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qoy Uca Allah xalqınıza hər zaman tərəqqi və firavanlıq bəxş etsin.
Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək.
Sizin Qoşulmama Hərəkatında sədrliyinizi, xüsusilə də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, videokonfrans vasitəsilə keçirilmiş sammitin təşkil edilməsi təşəbbüsünüzü yüksək dəyərləndirdiyimi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı əməkdaşlıq bu çətin zamanlarda daha da güclənəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin".

banner

Oxşar Xəbərlər