• şənbə, 20 Aprel, 14:28
  • Baku Bakı 23°C

İndiyədək BMT-nin yeddi əməkdaşı COVID-19-un qurbanı olub

19.05.20 09:30 520
İndiyədək BMT-nin yeddi əməkdaşı COVID-19-un qurbanı olub
BMT-nin yeddi əməkdaşı koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib, 520-si isə hazırda bu virusun daşıyıcısıdır.
APA"TASS”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik videokonfrans zamanı deyib.
Onun sözlərinə görə, ABŞ-da 147 əməkdaşda yoluxma qeydə alınıb ki, onlardan 78-i Nyu-Yorkdadır. Ölən yeddi nəfərdən biri Nyu-Yorkdakı katibliyin əməkdaşı, biri Ümumdünya Səhiyyə Təşkilatında xidmət göstərirdi, biri isə YUNİSEF-də çalışırdı.
banner

Oxşar Xəbərlər