“İndiyə qədər bu haqda heç kim danışmırdı”
"Real”ın
kapitanı Serxio Ramos "Malyorka2 ilə oyundan (2:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər
verir ki, Ramos "Real”a yönələn tənqidlərə cavab verib. O, hakimlərin komandaya
kömək etdiyi ilə bağlı səslənən ittihamlara da münasibət bildirib:
"Ətrafda belə səs-küyün
olması normaldır. Bu səs-küy ona görə yaranır ki, biz liderik.
Buna qədər bələ
ajiotaj yox idi. Hesab etmirəm ki, hakimlərin kiminsə lehinə qərarlar verirlər.
Deyəsən, "Real” liderliyi üçün hakimlərə minnətdar olmalıdır. İnsanlar daha az
dedi-qodu yaysalar, daha yaxşı olar”.