• şənbə, 20 Aprel, 10:46
  • Baku Bakı 14°C

İndi özünə sual verir ki...

16.10.19 14:45 452
İndi özünə sual verir ki...
"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger "Real”dan aldığı təkliflər barədə danışıb.
Kaspi.az xəbər verir ki, Venger risk etmək istəmədiyini bildirib. O, hərdən özünə bu qərarın düzgün olub-olmadığı barədə sual verdiyini də etiraf edib:
"Real”dan 3 dəfə təklif almışdım. Ancaq "Arsenal” mənim üçün ideal yer idi. Fikirləşirdim ki, niyə risk edim. "Real”a getsəydim, özümü komfort hiss etməyə bilərdim.
İndi hərdən Madriddən gələn təklifə "yox” deməkdə haqlı olub-olmadığım barədə özümə sual verirəm. Ancaq həmin vaxt əmin idim ki, potensialım göstərə biləcəyim klubdayam”.
Venger "Arsenal”da 1996-2018-ci illərdə işləyib.
banner

Oxşar Xəbərlər