• cümə axşamı, 25 aprel, 03:46
  • Baku Bakı 19°C

İndi qayıtmaq üçün heç bir şansı yoxdur

10.12.19 14:45 659
İndi qayıtmaq üçün heç bir şansı yoxdur
İspan mütəxəssis Rafael Benitesin yenidən Premyer Liqaya qayıdacağı ilə bağlı məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, onunla "Arsenal” və "Vest Hem”in maraqlandığı bildirilirdi. Hazırda "Dalyan İfan” klubunda çalışan Benites bu məlumata münasibət bildirib:
"Gələcəkdə Premyer Liqaya qayıtmaq istəyərəm. Çünki bu çempionat çox xoşuma gəlir.
Ancaq indi əminliklə deyə bilərəm ki, yaxın vaxtlarda Premyer Liqaya qayıtmaq üçün heç bir şansım yoxdur.
İndiki işimdən razıyam. Mənə inanır və dəstək verirlər. Bu böyük layihə ilə xeyli insan məşğul olur. Bu, başqa çempionat, başqa səviyyədir. Komandanın böyük iddiaları var.
İstəyirəm ki, bu komandanın tarixində qala biləcək nəticə qazanım. Bu, əla təcrübədir. Hazırda çox xoşbəxtəm”.
banner

Oxşar Xəbərlər