• cümə axşamı, 28 mart, 16:17
  • Baku Bakı 16°C

İndi nə sovet hakimiyyətidir, nə də Moskva bizim ölkənin paytaxtı

31.10.13 13:43 1264
İndi nə sovet hakimiyyətidir, nə də Moskva bizim ölkənin paytaxtı
Orxan Zeynalovun hüquqlarının müdafiəsi üçün vəkil tutulub, bizim konsulluq onunla görüşüb və o öz şikayətlərini edib. Biz də lazım olan təşkilatlara çatdırmışıq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, məsələ hüquq çərçivəsində gedir: “İndi məhkəmə olmalıdır. Əgər bu insan cinayət törədibsə, təbii ki, cəzasını alacaq. Artıq bunu istintaq, məhkəmə göstərəcək. Biz məsələyə nəzarət edən Rusiyanın bütün təşkilatlarına müraciət etmişik, onun haqqında rəsmi olaraq Rusiya XİN-ə iki nota vermişik. Bunun nəticəsi olaraq konsulluq və səfirliyin məsul işçiləri onunla əlaqədədirlər, məsələ nəzarətdədir. Bizim səfirlik olaraq vəzifəmiz vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdir. O ki qaldı miqrantlarla bağlı digər məsələlərə, bildirmək istəyirəm ki, Rusiyada miqrantlarla bağlı siyasət sərtləşib, yalnız azərbaycanlılara qarşı deyil. Sənədlər yoxlanılır, qeydiyyatdan keçmə və s. məsələlərə daha sərt yanaşırlar. Təbii, bu, Rusiyanın daxili problemidir. Rusiya böyük ölkədir, orda işçi qüvvəsi çatmır, bu ciddi problemdir. Məsələn, qarşıdan qış gəlir. Küçələri qardan təmizləmək lazımdır, kimsə küçələri süpürməlidir, bazarlarda kimsə işləməlidir. Təbii ki, biz bu işlərə qarışa bilmərik, öz daxili işləridir. Amma inanıram ki, bu məsələ tənzimlənəcək”.
P.Bülbüloğlu hazırda Azərbaycan-Rusiya münasibətlərində problem olmadığını vurğulayıb: “Dövlətlər arasında heç bir problem yoxdur, ictimai problemlər var. O da sirr deyil ki, bəzi miqrantlar özlərini düzgün aparmırlar, bəziləri cinayət törədirlər. Bu yaxınlarda bir azərbaycanlı bıçaqla birinin gözünü çıxardı. O biri azərbaycanlı bu günlərdə Moskvanın mərkəzində, Kutuzov prospektində maşınla iki motosikletçini vurub, onlardan biri yerində ölüb, digəri isə ağır yaralıdır. Çox heyif ki, belə hadisələr də olur, amma onları siyasiləşdirmək, millətlərarası, dövlətlərarası problem kimi qələmə vermək düzgün deyil. Vətəndaş hansısa hadisə törədibsə, hüquq çərçivəsində cəzasını almalıdır. Demək istəyirəm ki, Rusiya xarici ölkədir, sərt qanunları var. Artıq sovet hakimiyyəti deyil. Moskva bizim ölkənin paytaxtı deyil ki, istənilən vaxtı təyyarəyə minib ora gəzməyə, kef çəkməyə, ya işləməyə gedəsən. Ora gedənlər əvvəlcə Rusiya qanunlarını öyrənməlidir. Daha “gedib orda əmi tapıb nə isə iş görəcəm” vaxtı keçib”.
Səfir “İki ölkə arasında viza rejiminin tətbiqi gözlənilirmi?” sualını belə cavablandırıb: “Azərbaycan tərəfi buna hazırdır. Mən bunu rəsmən onlara bildirmişəm ki, əgər Rusiya bu məsələni qaldırsa, Azərbaycan qısa zamanda baxıb qərar verəcək”.
banner

Oxşar Xəbərlər