• çərşənbə axşamı, 19 mart, 15:29
  • Baku Bakı 8°C

İndi də onu tərifləyir - “Real”ın prezidenti

23.05.17 17:30 991
İndi də onu tərifləyir - “Real”ın prezidenti
"Real”ın prezidenti Florentino Peres İspaniya çempionatındakı qələbədən sonra komandanın baş məşqçisi Zinəddin Zidan barəsində danışıb.
Kaspi.az xəbər verir ki, Peres Zidanı xeyli tərifləyib. O, fransız mütəxəssisin dünyanın ən yaxşı məşqçisi olduğunu deyib:
"Zidan "Real” tarixinin simvollarından biridir. Bizim üçün etdiyin hər şeyə görə çox sağ ol. Sən dünyanın ən yaxşı futbolçusu olubsan, indi isə dünyanın ən yaxşı məşqçisisən.
Biz dünyanın ən maraqlı və çətin liqasında böyük zəhmətin və istəyin hesabına qalib gəldik. Bu futbolçular artıq klub tarixinin bir hissəsi oldular. Bu komandada əla atmosfer var.
Biz iyunun 4-də bir daha toplaşmağı arzulayırıq. Bilirəm ki, məşqçilər və futbolçular Çempionlar Liqasının finalında qalib gəlmək üçün bütün qüvvələrini sərf edəcəklər”.
banner

Oxşar Xəbərlər