• cümə, 29 Mart, 00:40
  • Baku Bakı 7°C

İndi də hakimiyyəti məhkəmə ilə hədələyir

04.06.20 14:30 775
İndi də hakimiyyəti məhkəmə ilə hədələyir
"Lion”un prezidenti Jan-Mişel Olyas Fransa çempionatının yarımçıq dayandırılması ilə barışa bilmir.
Kaspi.az xəbər verir ki, Olyas bu dəfə Fransa hakimiyyətini hədələyib. O, hakimiyyəti məhkəməyə vermək fikrində olduğunu bildirib:
"Çempionatın bərpası – məhkəmədə bunu tələb edəcəyik. Məhkəmə çempionatın niyə dayandırıldığını araşdırılmalıdır.
Məhz hakimiyyət çempionatın dayandırılması ilə bağlı qərar verdi. Deməli, məsuliyyəti də onlar daşıyırlar”.
O əlavə edib ki, "Lion”dan savayı da bir neçə klub 800 milyon təzminat davası açmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar. Fransa çempionatı koronavirusa görə dayandırılıb, "Lion” 7-ci yeri tutub və avrokuboklara vəsiqə əldə edə bilməyib.
banner

Oxşar Xəbərlər