AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İndi bir-birlərini daha çox axtarırlar

İndi bir-birlərini daha çox axtarırlar

İdman
01 İyul 2020, 15:30 488
"Yuventus”un baş məşqçisi Mauritsio Sarri "Cenoa” ilə qarşılaşmadan (3:1) sonra fikrilərini bildirib. 
 
Kaspi.az xəbər verir ki, Sarri bu qarşılaşmada qol vuran Dibala və Ronaldo haqda da danışıb. O, bu futbolçuların artıq bir-birlərini yaxşı anladığını vurğulayıb: 
 
"Kollektiv oyun göstərdik və 3 əla qol vurduq. Komanda İtaliya kubokundakı məğlubiyyətdən sonra bərpa olunub. 
 
Fiziki cəhətdən yaxşı vəziyyətdəyik. Yalnız psixoloji durum üçün vaxt tələb olunurdu. Ronaldo və Dibalanın oyunu? 
 
Onların meydandakı hərəkətlərində dəyişiklik var. İndi bir-birlərini daha çox axtarırlar. Başa düşdülər ki, qarşılıqlı anlaşma hər iksinin lehinədir. Bunu məşqlərdə də müşahidə edirəm”. 
 
"Yuventus” 19 turdan sonra 72 xal toplayaraq A seriyasında liderlik edir.