• cümə axşamı, 18 aprel, 07:20
  • Baku Bakı 12°C

Çinarə Məlikzadədən yeni klip gəlir

12.06.17 13:23 2037
Çinarə Məlikzadədən yeni klip gəlir
Sosial media vasitəsi ilə məşhurlaşan, gözəl səsli, istedadlı ifaçı Çinarə Məlikzadə yenə də fərqli yanaşması ilə aləmi bir-birinə qatdı. Belə ki, Məlikzadə öz "İnstagram” səhifəsində foto paylaşaraq altına "bebişki geliyor” yazdı. Xanım sənətçinin bu paylaşımının açıqlamasını almaq üçün Məlikzadənin dəli-dolu meneceri ƏR-Toğrulla əlaqə saxladıq. ƏR-Toğrul isə sözügedən paylaşım səs küyə səbəb olmasından danışdı: "Niyə səs küyə səbəb olsun ki?!. O fotoda Çinarə xanımdan başqa 3 nəfər var. Mən, operator Şahmar Səfəroğlu və dostumuz rejissor Seyran Bədəlov. Bu o deməkdir ki, biz hər hansısa iş məsələsində bir aradayıq. Bir başa suala gəldikdə isə məlumat üçün deyim ki, çox yaxın günlərdə yeni klipimizi izləyicilərə təqdim edəcəyik. Bu ifadə isə ona görədir ki, Çinarə xanım işinə həddindən artıq məsuliyyətlidir və onun klipi övladı qədər əzizdir. Bu səbəbdən "bebişko geliyor” yazıb. Paylaşımın Çinarə xanımın şəxsi həyatı ilə heç bir əlaqəsi yoxdur”.
banner

Oxşar Xəbərlər