İnanmırlar, Zidan növbəti mövsümə hazırlaşır
"Real” rəhəbərliyi
koronavirusa görə dayandırılan çempionatın bərpa olunacağına inanmır.
Kaspi.az
xəbər verir ki, "kral klubu”nda hesab edirlər ki, həkimlər virus üçün vaksin
tapmayana qədər futbol olmayacaq.
Klub
qrup məşqlərini bərpa etmək haqda da düşünmür. Belə görünür ki, komandanın baş
məşqçisi Zinəddin Zidan da cari mövsümün davam etdirilməyəcəyinə əmindir.
Məlumata
görə, Zidan növbəti mövsümün planını hazırlayır. Amma La Liqa rəhəbrliyi
çempionatı yekunlaşdırmaqda israrlıdır. Bunun üçün müxtəlif variantlar müzakirə
olunur.