• şənbə, 20 Aprel, 05:26
  • Baku Bakı 15°C

İnam Kərimov: “”ASAN Xidmət” korrupsiyaya qarşı mübarizədə uğurlu modeldir”

24.12.16 15:15 1180
İnam Kərimov: “”ASAN Xidmət” korrupsiyaya qarşı mübarizədə uğurlu modeldir”
"”ASAN Xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu bir modeldir. Azərbaycan bu sahədə uğurlu bir model tapıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" konfransında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkə daha da inkişaf edib: "Azərbaycan prezidenti cənabİlham Əliyevtərəfindən dövlət idarəetmə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. 4 il öncə yeni bir qurum – "ASAN Xidmət” yaradılıb. "ASAN Xidmət"in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın, dövlət orqanlarının fəaliyyətində elektronlaşmanı təmin etmək olub. "ASAN Xidmət” dövlət xidmətlərinin göstərilməsində yeni düşüncə tərzi gətirib. Nazirliklər, dövlət komitələri qarşılıqlı işbirliyi şəraitində çalışırlar. Hazırda 11 "ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Cənab prezidentin tapşırığı ilə 10 səyyar avtobus regionlarda vətəndaşlara xidmət göstərir. "ASAN Xidmət” mərkəzlərində 13 milyon vətəndaş müraciəti qeydə alınıb və bizim mərkəzlərdə vətəndaş məmnunluğu 98 faizdir".
İ. Kərimov qeyd edib ki, yaxın vaxtlarda Bakıda Bakıda "ASAN Kommunal” mərkəzləri, habelə "ASAN Qatar” fəaliyyətə başlayacaq.
banner

Oxşar Xəbərlər