• şənbə, 20 Aprel, 09:53
  • Baku Bakı 14°C

Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı

08.07.20 10:45 515
Çin nüvə danışıqlarında iştirakının şərtini açıqladı
Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun ölkəsinin ABŞ və Rusiya arasında aparılan nüvə silahına nəzarət üzrə danışıqlara qoşulmasının şərtini açıqlayıb.
"Report” xəbər verir ki, ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsi tərəflərin hər birinə1550-dən çox olmamaqla nüvə başlığına malik olma imkanı verir.
"ABŞ nüvə silahlarının sayını Çinin malik olduğu nüvə silahlarının sayına qədər endirməyə razı olsa, rəsmi Pekin ertəsi gün danışıqlara qoşulacaq”-deyə, XİN rəsmisi bildirib.
Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var.
Siyahıya Rusiya rəhbərlik edir. İkinci yerdə ABŞ dayanır ki, onun da6 450nüvə silahı mövcuddur. Çinin isə280ədəd nüvə silahının olduğu ehtimal edilir.
banner

Oxşar Xəbərlər