• şənbə, 20 Aprel, 12:22
  • Baku Bakı 23°C

Çin neft-qaz idxalından asılılığı azaltmaq üçün hasilatı artıracaq

03.12.17 10:15 2193
Çin neft-qaz idxalından asılılığı azaltmaq üçün hasilatı artıracaq
Çin neft-qaz idxalından asılılığı azaltmaq üçün ölkə ərazisində hasılatı artırmağı və alternativ enerji mənbələrindən istifadəni genişləndirməyi planlaşdırır.
AZƏRTACxəbər verir ki, bu barədə məlumatı Çinin Torpaq və Ehtiyatlar Nazirliyinin strateji araşdırma mərkəzi yayıb. Bildirilib ki, Çin 2035-ci ilədək neft idxalını 70 faiz, qaz idxalını 50 faiz səviyyəsində saxlamağı hədəfləyib. Mərkəzin mütəxəssisləri hesab edir ki, Çində neft istehlakı 2030-cu ildə ən yüksək həddə çatacaq. Lakin növbəti mərhələdə, yəni 2050-ci ilədək olan müddətdə Çinin enerji istehlakı strukturunda neft və qazın payı 32 və 35 faiz səviyyəsinə düşəcək.
Çin hökuməti 2020-ci ilədək ölkədə neft hasilatını 200 milyon tona çatdırmağı, təbii qaz tədarükünü isə 360 milyard kubmetrə çatdırmağı planlaşdırıb. Bu məqsədlə ölkədəki ehtimal olunan neft-qaz yataqlarının işlənməsini genişləndirmək, boru kəmərlərinin çəkilməsini sürətləndirmək qarşıya məqsəd qoyulub. Bundan başqa, alternativ enerji mənbələrindən istifadə də diqqət mərkəzində olacaq.
banner

Oxşar Xəbərlər