• çərşənbə, 24 Aprel, 03:12
  • Baku Bakı 14°C

Çin dünyada ən böyük dondurma istehsalçısı ünvanına sahiblənib

13.10.17 09:25 1066
Çin dünyada ən böyük dondurma istehsalçısı ünvanına sahiblənib
Çin ötən il 3,4 milyon ton dondurma istehsal edərək, bu sahədə ABŞ-ı qabaqlayıb.
AZƏRTACxəbər verir ki, bu barədə Çinin Tiencin şəhərində keçirilən "Çin dondurma” beynəlxalq sərgisinin statistik hesabatında məlumat əksini tapıb. Ötən il Çində dondurma satışı 6,6 milyard ABŞ dollarını ötüb. Ölkədə hər nəfərə düşən illik dondurma istehlakı 20 il əvvələ nisbətən 3 dəfə artaraq 3 litrə çatıb.
Çin Un və Qənnadı Məmulatları İstehsalçıları Assosiasiyasının rəsmisi Cu Nianlin bildirib ki, inkişaf etmiş ölkələr ilə müqayisədə Çində dondurma sənayesində hələ görüləsi çox iş var.
banner

Oxşar Xəbərlər