Çin dili üzrə ixtisas imtahanları keçirilib
Çin
dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində
fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping
Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib. Bir
neçə səviyyədən ibarət olan test imtahanları Çin dili bilgisi olmayan şəxslərin
bu dil üzrə standart ixtisas imtahanıdır.
İmtahan iştirakçılarının
böyük əksəriyyəti ADU və digər universitetlərin tələbələri, həmçinin Konfutsi
İnstitutunun dinləyiciləri olub.
Konfutsi İnstitutunun
direktoru, professor Rafiq Abbasov qeyd edib ki, HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə
keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında (ÇXR)
təqaüdlə təhsil almağa, həmçinin Çin şirkətlərində məşğulluq imtiyazlarına
imkan yaradır. O, bildirib ki, Azərbaycanda HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə
keçirilməsi bu dilə marağın artmasına sübutdur.