• cümə, 29 Mart, 12:52
  • Baku Bakı 14°C

Çin BOK-un Tokio-2020 ilə bağlı qərarına hörmətlə yanaşacaq

24.03.20 10:00 1000
Çin BOK-un Tokio-2020 ilə bağlı qərarına hörmətlə yanaşacaq
Çin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyul-avqust aylarında Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulan növbəti yay Olimpiya Oyunlarının təxirə salınıb-salınmaması ilə bağlı qərarına hörmətlə yanaşacaq.
AZƏRTACxəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan bildirib. Çin rəsmisi bəzi ölkələrin dünyada hökm sürən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Tokio Olimpiya Oyunlarının təxirə salınmasına dair təklif və tələblərini diqqətdə saxladıqlarını, ölkəsinin Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı Yaponiyaya dəstəyinin davam edəcəyini, amma BOK-un məsələyə dair qərarı ilə razılaşacağını deyib.
Qeyd edək ki, bəzi dövlətlərin və idman qurumlarının növbəti yay Olimpiadasının təxirə salınması ilə bağlı çağırışları fonunda Yaponiyanın Baş Naziri Şinzo Abe martın 23-də parlamentdə çıxışı zamanı Tokio-2020-nin başqa vaxta təyin oluna biləcəyini deyib. BOK-un İcraiyyə Komitəsi qarşıdakı həftələr ərzində müvafiq müzakirələrdən sonra Tokio Olimpiadası ilə bağlı ssenari hazırlayacağını açıqlayıb.
banner

Oxşar Xəbərlər