• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

Çin 900-ə qədər mal üçün idxal vergisini müvəqqəti azaldıb

01.01.20 13:45 927
Çin 900-ə qədər mal üçün idxal vergisini müvəqqəti azaldıb
Çin 850-dən çox mal üçün idxal vergisini müvəqqəti azaltdığını bəyan edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qərar bu gündən qüvvəyə minir.
Dondurulmuş donuz əti, bəzi meyvələr və portağal şirəsinə vergi yeni qaydada tətbiq olunacaq. Tərkibində alkaloid olan dərman vasitələri, o cümlədən yeni diabet dərmanlarının istehsalı üçün nəzərdə tutulan xammallar vergidən azad edilib.
Çin hökuməti bu addımın idxalın genişləndirilməsi və strukturunun optimallaşdırılması məqsədilə atıldığını bildirib.
banner

Oxşar Xəbərlər