• cümə axşamı, 25 aprel, 03:46
  • Baku Bakı 19°C

İmzalanan sənədlər ikitərəfli əlaqələrin inkişaf istiqamətlərini müəyyənləşdirdi

25.02.20 13:45 691
İmzalanan sənədlər ikitərəfli əlaqələrin inkişaf istiqamətlərini müəyyənləşdirdi
Cənubi Qafqaz regionunda Azərbaycan yeganə ölkədir ki, İtaliya ilə siyasi və iqtisadi dialoq ən yüksək səviyyədədir. İtaliya ilə Azərbaycan arasında illərin sınağından çıxan siyasi, iqtisadi, mədəni və elm sahələrində əməkdaşlıq bu gün digər Avropa ölkələri üçün örnək sayıla bilər.
Bunu Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib. Prorektor qeyd edib ki, Prezident İlham Əliyevin bu günlərdə İtaliyaya uğurlu dövlət səfəri hər iki ölkə arasında münasibətlərin, əlaqələrin, əməkdaşlığın inkişafında yeni səhifə açdı.
O bildirib ki, üç Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik İtaliya kimi etibarlı və strateji tərəfdaşla münasibətləri inkişaf etdirmək, dialoq qurmaq ölkəmizin Avropada nüfuzunun, strateji rolunun artmasında da mühüm əhəmiyyət kəsb edəcək. Səfər zamanı siyasi, müdafiə, iqtisadi-ticarət, kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrinin əməkdaşlığına dair 28 sənədin imzalanması, müzakirə olunan məsələlər ölkələrimiz arasında yeni perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirdi.
Dövlətimizin İlham Əliyevin İtaliyaya səfəri həm də onu göstərdi ki, İtaliya və Azərbaycan tərəfdaşlığı ancaq ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahəsində məhdudlaşmır. 2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyəti İli” elan olunmasını da mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi xüsusi olaraq vurğulamaq olar.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü də Azərbaycanın dünyada tolerantlıq ənənələrinə, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə olduğuna daha bir nümunə oldu. Qürurverici məqam ondan ibarətdir ki, görüşdə Papa Fransisk xüsusi ilə ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdə həyata keçirilən daxili, xarici siyasəti yüksək dəyərləndirib.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanınır, bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik hökm sürür. İtaliyaya rəsmi səfər zamanı mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ölkəmizin bu gün dünyaya tolerantlıq və birgəyaşayış nümunəsi təqdim etdiyinin daha bir nümunəsidir.
banner

Oxşar Xəbərlər