• cümə, 19 Aprel, 17:55
  • Baku Bakı 25°C

İmişliyə 6 milyon ayrıldı - Sərəncam

14.07.17 20:33 1223
İmişliyə 6 milyon ayrıldı - Sərəncam
Prezident İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzərTAc-ın məlumatına görə, sərəncama əsasən, qırx min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
banner

Oxşar Xəbərlər