• cümə axşamı, 28 mart, 23:11
  • Baku Bakı 13°C

İmişlidə və Gəncədə yanğın olub

19.05.17 10:45 1381
İmişlidə və Gəncədə yanğın olub
İmişlidə və Gəncədə gecə 2 ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın İmişli şəhərində baş verib.
İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər