• çərşənbə, 24 Aprel, 17:03
  • Baku Bakı 27°C

İmişlidə minik avtomobili ilə yük maşını toqquşub, ölən var

06.06.17 09:10 1326
İmişlidə minik avtomobili ilə yük maşını toqquşub, ölən var
İmişlidə baş verən yol qəzasında sərnişinölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu - Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İmişli sakini Əbilov Vaqif Ədil oğlunun idarə etdiyi "Mercedes” markalı "90 BC 914” dövlət nömrə nişanlı avtomobil yol kənarında dayanan, Ağaşov Vüqara məxsus "QAZ 53” markalı "58 BA 673" dövlət nömrə nişanlıyük maşınına çırpılıb.
Nəticədə "Mercedes” markalı avtomobildə olan sərnişin, İmişli sakini, 1958-ci il təvəllüdlü Vaqif Məmmədov dünyasını dəyişib. Hadisə yerinə Kürdəmir FHN xilasediciləri cəlb edilib. Avtomobildə sıxılıb qalan meyit xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər