• şənbə, 27 Aprel, 07:32
  • Baku Bakı 12°C

İmişlidə avtomobil velosipedçini vuraraq öldürüb

28.05.16 10:03 1076
İmişlidə avtomobil velosipedçini vuraraq öldürüb
İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb.

"Mercedes” markalı avtomobil hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaşlı velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər