• şənbə, 20 Aprel, 07:54
  • Baku Bakı 14°C

İmişli Kəllə Qənd Zavodunda məhsulun bəyazlığı və sərtliyi təbii üsulla təmin edilir

11.01.20 19:30 901
İmişli Kəllə Qənd Zavodunda məhsulun bəyazlığı və sərtliyi təbii üsulla təmin edilir
İmişli Kəllə Qənd Zavodunda dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqlarının, texnoloji qurğuların tətbiqi ilə beynəlxalq standartlara cavab verən, yüksək gigiyenik şərtlərə riayət olunmaqla, özünəməxsus dadı və görünüşü ilə fərqlənən kəllə qənd istehsal edilir. Burada Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair dövlət proqramına uyğun olaraq keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Kəllə qəndin istehsalı, avtomatik qaydada idarə olunan müasir qurğular vasitəsilə aparılır.
Burada bütün istehsal prosesi qapalı mühitdə, xam məhsulun qəbulundan son məhsulun qablaşdırılmasınadək məhsula heç bir əl təsiri olmadan, tam avtomatlaşdırılmış avadanlıqlar hesabına təmin edilir. "Azərşəkər”, "Final”, "Evim” markalı məhsulların istehsalında hətta suyun mikrobioloji təmizlənməsindən başlamaqla bütün proseslərdə son dərəcə gigiyenik və sanitar qaydalara riayət edilir. Bu zavodda kəllə qəndin bəyazlığı və sərtliyi, heç bir qatqı maddədən istifadə edilmədən, təbii yolla təmin edilir. Şəkərin şərbəti və nəmliyi alınaraq qurutma tunelinə yerləşdirilir. İmişli Kəllə Qənd Zavodu Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunmasına mühüm töhfə verir və yüzlərlə İmişli sakinin işlə təmin olunmasına şərait yaradır.
Qeyd edək ki, müəssisədə istehsal olunan kəllə qənd Gürcüstan, Rusiya, Yaxın Şərq ölkələri və Qazaxıstana ixrac edilir.


banner

Oxşar Xəbərlər