• cümə, 19 Aprel, 02:41
  • Baku Bakı 18°C

IMF Azərbaycana pul-kredit siyasətinin sərtləşdirilməsini təklif edir

25.10.16 10:48 1206
IMF Azərbaycana pul-kredit siyasətinin sərtləşdirilməsini təklif edir
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda hökm sürən yüksək inflyasiya şəraitində sərt pul-kredit siyasətinin həyata keçirilməsinin tərəfdarıdır. "APA-Economics" xəbər verir ki, bu barədə IMF-in hesabatında deyilir.

"Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən neft ixrac edən ölkələrdə bu il inflyasiya 2008-ci ildən etibarən ilk dəfə ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya təzyiqinin yüksək olduğu Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi aktuallığını qoruyur", - deyə fondun məlumatında deyilir.
banner

Oxşar Xəbərlər