• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

Çimərliklərə kitabsız yollanmayın

08.08.16 11:02 1777
Çimərliklərə kitabsız yollanmayın

Hamının məzuniyyətini avqust ayına saxlaması təsadüfi deyil. Payızdan və iş ilindən öncəki son günlər ilin ən isti günləri hesab olunur. Çimərliklər isə bu mövsümün ən sevimli məkanları hesab olunur. Kitabsevərlər "Ən çox harada qiraətlə məşğul olmaq istərdiniz?” sualına adətən "Fəsildən asılıdır” cavabı verirlər. Payız mövsümündə sevimli yerlər sakit kafelər, qışda evimizin isti guşəsi, yazda parklar, yayda isə təbii ki, dəniz kənarıdır. "HuffingtonPost”un ədəbi redaktoru Meddi Kram iddia edir ki, kitabla dolu çantanızla yollanmadığınız tətil, tətil deyil. Bəzilərimiz üçün həqiqətən kitablar tətilin əsas atributudur. İl ərzində gündəlik qayğılardan vaxt edib, oxuya bilmədiyimiz bütün kitabları yığıb məhz bu mövsümə saxlayanlarımız da az deyil. Onlayn dərginin istifadəçiləri çimərlik üçün məsləhət gördükləri əsərlərin xüsusi janr "Çimərlik oxusu” janrı adı altında təqdim edilməsini təklif etdiklərindən adı ən çox çəkilən əsərlərdən ibarət siyahıya məhz bu başlıq verilib. Bu siyahıdakı kitablar sizi sadəcə bədii və ədəbi baxımdan zənginləşdirməyəcək, həmçinin dənizkənarında uzanıb, başqalarını seyr etmək məcburiyyətindən də xilas edəcək. Beləliklə, "HuffingtonPost” oxucularının və redaktorlarının hazırladığı günəşin, dənizin və yayın həzzini tamamlayan kitablardan ibarət siyahını təqdim edirik.

Mona Auad – "Kök qıza baxmağın 13 yolu” ("13 Ways of Looking at a Fat Girl”)

Tessa Hadli – "Keçənlər” ("The past”)

Rebekka Skif – "Pis manevr” ("The Bed Moved”)

Emma Straub – "Müasir sevgililər” ("Modern lovers”)

Kodi Skir – "Göyün ortası” ("Midair”)

Skarlet Tomas – "Toxumyığanlar” ("The seed collectors”)

Ben Qrinman – "Emosional xilasetmə” ("Emotional rescue”)

Rut Uare – "10 nömrəli hücrədəki qadın” ("The Woman in Cabin 10”)

Cennifer Kloz – "Ümid edənlər” ("The hopefuls”)

Heter Havrileski – "Dünya insanı olmaq” ("How to be a person in the world”)

Liz Mur – "Görünməyən dünya” ("The unseen world”)

Keyti Heney – "Əzizim, Emma” ("Dear Emma”)

Ramona Ausubel – "Asanın və bolluğun övladları” ("Sons and daughters of ease and plenty”)

Ley Steyn – "Cazibə dünyası” ("Land of enchantment”)

Robin Uasserman – "Alov içində qadınlar” ("Girls on fire”)

Yasmin əl Rəşidi – "Ötən yayın salnaməsi” ("Chronicle of a last summer”)

banner

Oxşar Xəbərlər