• cümə, 29 Mart, 13:44
  • Baku Bakı 14°C

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

07.08.17 17:40 1497
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb
Avqustun9-14-də Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci, avqustun 23-28-də isə Almaniyanın Varnemunde şəhərində ikinci seçmə mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
"Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın heyətində 12 futbolçu yer alıb. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov və Comərd Baxşəliyevdir.
Millinin oyunların təqvimi belədir:
Siofok (Macarıstan)
11 avqust, saat 19:00
Azərbaycan – Portuqaliya
12 avqust, saat 17:45
Belarus – Azərbaycan
13 avqust, saat 16:30
Polşa – Azərbaycan
Varnemunde (Almaniya)
25 avqust, saat 18:00
Almaniya – Azərbaycan
26 avqust, saat 19:15
İtaliya – Azərbaycan
27 avqust, saat 15:30
Azərbaycan – Ukrayna
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
banner

Oxşar Xəbərlər