• şənbə, 20 Aprel, 07:30
  • Baku Bakı 14°C

“İmadəddin Nəsimi və folklor” mövzusunda seminar təşkil olunub

16.10.19 14:52 579
“İmadəddin Nəsimi və folklor” mövzusunda seminar təşkil olunub
Oktyabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində "Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən "İmadəddin Nəsimi və folklor” mövzusunda Respublika elmi-praktik konfransının keçirilməsi ilə bağlı layihə üzrə seminar təşkil olunub.
AZƏRTACxəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Birliyin sədri, AMEA-nın müxbir üzvi, Əməkdar elm xadimi Kamran Əliyev çıxış edərək dahi şairin 650 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili” elan olunduğunu, bununla əlaqədar ölkəmizdə müxtəlif tədbirlər keçirildiyini, bugünkü seminarın da həmin qəbildən olduğunu deyib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu əməkdaşlarının mövzu üzrə məruzələri dinlənilib.
banner

Oxşar Xəbərlər