• cümə, 29 Mart, 00:34
  • Baku Bakı 7°C

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov

13.01.21 14:15 382
İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov
Biz qan testi vasitəsilə yalnız koronavirus xəstəliyini keçirib-keçirmədiyimiz barədə məlumat ala bilərik.
Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, seroloji test yoluxmadan 1 həftə sonra müsbət olmağa başlayır. Kimsə xəstəlik yeni başlandıqda qan analizi verərsə, onda COVİD-19-a qarşı anticisimlər aşkarlanmayacaq:

"Bu, səhv nəticə olacaq. Seroloji testin analizi xəstəlik başlayandan bir həftə sonra müsbət olmağa başlayır. Xəstəliyin dəqiq analizini yaxma nümunəsindən PSR üsulu ilə aparılan müayinə nəticəsində əldə etmək olar”.
banner

Oxşar Xəbərlər