• şənbə, 20 Aprel, 07:40
  • Baku Bakı 14°C

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

02.03.21 12:15 506
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 7 mart tarixində ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dənAPA-ya verilən məlumata görə, bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər. "İmtahana buraxılış vərəqəsi”i və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.
banner

Oxşar Xəbərlər