• çərşənbə, 24 Aprel, 12:16
  • Baku Bakı 27°C

Çilinin ən yaxşı bombardiri dəyişdi

23.06.17 15:30 1200
Çilinin ən yaxşı bombardiri dəyişdi
Çili yığmasının hücumçusu Aleksis Sançes Konfederasiyalar Kubokunda Almaniya ilə keçirilən oyunda (1:1) komandasının qolunu vurub.
Kaspi.az xəbər verir ki, bu qol Sançes üçün əlamətdar olub. O, yığma karyerasında 38-ci qolunu vuraraq, Çili yığmasının ən yaxşı bombardiri olub. Sançes əfsanəvi Marselo Salası qabaqlayıb.
Hücumçu vurduğu qolla Konfederasiyalar Kubokunun da tarixinə düşüb. Bu qol KK-da vurulan 400-cü qol olub.
banner

Oxşar Xəbərlər