• şənbə, 20 Aprel, 12:49
  • Baku Bakı 23°C

“İlin sonunda bizi qəribə hadisələr gözləyir”

07.04.20 12:45 635
“İlin sonunda bizi qəribə hadisələr gözləyir”
Lionel Messinin "Barselona” ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Kaspi.az xəbər verir ki, bu məqamdan yararlanmaq istəyən bəzi Avropa nəhəngləri argentinalı futbolçunu transfer etmək istəyirlər. Onların arasında İtaliya klubları da var.
Milan "İnter”i də Messini heyətə cəlb etməkdə maraqlıdır. "İnter”in sabiq prezidenti Massimo Moratti klubun belə istəyinin olduğunu etiraf edib:
"Mən hesab etmirəm ki, bunu arzulamaq qadağandır. Messinin müqaviləsi başa çatmaq üzrədir. Təbii ki, "İnter” mütləq bundan yararlanaraq onu transfer etmək istəyəcək.
Bilmirəm ki, koronavirus hadisələrə təsir edir, ya yox, amma hesab edirəm ki, ilin sonunda bizi qəribə hadisələr gözləyir”.
banner

Oxşar Xəbərlər