• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

İlin oxunmalı kitabları

11.09.17 13:03 7330
İlin oxunmalı kitabları
"HuffingtonPost” redaktorları iddia edir ki, bu il ecazkar romanların və qısa hekayə toplularının bərəkəti və keyfiyyəti ilə sevinəcəyik. Kler Fallonun bu payızın "möhtəşəm əsərləri” başlığı altında topladığı kitabların müəllifləri arasında 2015-2016 və 2016-2017-ci illərin mükafatdan bol, uğurlu imzaları ilə yanaşı, debüt əsəri ilə bu il diqqət mərkəzində olmağı hədəfləyənlər də var. Məktəbə dönüş və rəngli köynəklər mövsümü bu il həm də unudulmaz hekayələrlə yadda qalacaq. Beləliklə, bu mövsüm çaylarınızı müşayiət edəcək əsərlər siyahısından ilk onluğu təqdim edirik. Siyahının tam versiyası ilə dərginin rəsmi internet ünvanından tanış ola bilərsiniz.
· Seleste Nq – "Hər yeri bürüyən alov” ("Little fires everywhere”)
· Nikol Kraus – "Meşə qaranlığı” ("Forest dark”)
· Salman Rüşdi – "Qızıl ev” ("The golden house”)
· Lili Tak – "Bacılar” ("Sisters”)
· Natan Enqlander – "Yer kürəsinin mərkəzində nahar” ("Dinner at the center of the Earth”)
· Ceyms MakBrayd – "Beş karatlıq mənəviyyat” ("Five-carat soul”)
· Cozefin Rov – "Sadiq heyvan” ("Faithful animal”)
· Sorayya Kan – "Casuslar şəhəri” ("City of spies”)
· Cennifer Eqan – "Manhattan çimərliyi” ("Manhattan beach”)
· Marta Batalha – "Euridis Qusmaonun bilinməyən həyatı” ("The invisible life of Euridice Gusmao”)
banner

Oxşar Xəbərlər