• cümə, 19 Aprel, 10:49
  • Baku Bakı 13°C

“İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib

04.11.17 09:20 3026
“İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib
Madridin "Real” klubu və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə "İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib.
APA-nın xəbərinə görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat verib.
İFFHS-in versiyasında yalnız beynəlxalq matçlarda vurulan qollar hesablanır. 2016-cı ildə K.Ronaldo "Real” və milli komandada 24 qol vurub (Portuqaliya yığmasının heyətində 13, "Real”da – 11). 32 yaşlı futbolçu artıq 3-cü dəfədir ki adıçəkilən mükafata layıq görülür. Bundan əvvəl Ronaldo 2013 və 2014-cü illərdə ilin ən yaxşı bombardiri olub.
banner

Oxşar Xəbərlər