• çərşənbə axşamı, 19 mart, 07:14
  • Baku Bakı 8°C

Çilidə 111 yaşlı qadın koronavirusdan sağalıb

27.05.20 16:45 605
Çilidə 111 yaşlı qadın koronavirusdan sağalıb
Çilidə 111 yaşlı qadın yeni növ koronavirusdan (COVID-19) sağalıb.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, söhbət Santyaqo əyalətinin bir hissəsi olan Nunoa bölgəsindəki "Hogar Italiano" qocalar evində yaşayan Huanita adlı bir qadından gedir. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, aprelin 12-də COVID-19 üçün ondan alınan testlər müsbət nəticə verib.
Mediada yayılan məlumatlara görə, koronavirusa yoluxmadan öncə tənəffüs problemlərini yaşayan Huanita COVID-19 infeksiyasına qalib gəlib. O, iyul ayında 112 yaşını qeyd edəcək.
Xatırladaq ki, bundan əvvəl İspaniyanın ən yaşlı sakini – 113 yaşlı Maria Braniasın COVID-19 virusundan sağaldığı bildirilirdi.
Qeyd edək ki, hazırda Çilidə koronavirusa yoluxanların sayı 77 961-ə çatıb. 806 nəfər ölüb.
banner

Oxşar Xəbərlər