• cümə, 26 Aprel, 03:09
  • Baku Bakı 16°C

İlhamə Quliyeva: “Toyda oxuyub, sonra gedib bəylə oteldə yatır“

20.02.15 17:34 691
İlhamə Quliyeva: “Toyda oxuyub, sonra gedib bəylə oteldə yatır“

“Elə müğənni var ki, rəhmətə getmiş dünya ulduzlarının paltarlarını geyinir". Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişinə müsahibəsində deyib.
İ. Quliyeva şou-biznes nümayəndələrini sərt ənqid edib: “Onun-bunun paltarını, çəkməsini geyinib, yerişini yeriyə bilməyənlərə demək istəyirəm ki, gərək hər kəsin öz yolu olsun. Müğənni var ki, gedib toyda oxuyur, sonrabəylə gedib oteldə qalır. Bəy evinə getmir, sonra müğənni ilə görüşməyə başlayır. Zərgəri əlinə keçirən müğənni onun daş-qaşını, pulunu sağır. Sonra danışmağa dili də olur. Bir desələr, beş deyərəm. Görün, bunlar özlərini kiminlə müqayisə edirlər. Adam gərək birinci güzgüyə baxa. Üzləri botoksdan partlayır, ağız-burun formasını itirib. Özünün 60 yaşı var, başqalarının yaşından danışır. Bakı balaca şəhərdi, hamı bir-birini tanıyır. Nə qədər səsim, görünüşüm yerindədirsə, səhnədə olacam. Bu da yəqin ki, 35-40 il çəkəcək”.
banner

Oxşar Xəbərlər