AZE | RUS | ENG |


İlham Əliyev: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"

İlham Əliyev:
"Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
 
O qeyd edib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb: "Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.
 
Dövlət başçısı onu da bildirib ki, "ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: "İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4816
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 1.8399
CHF 1 İsveçrə frankı 1.7292
USD 1 ABŞ dolları 1.7447