• cümə axşamı, 25 aprel, 13:58
  • Baku Bakı 23°C

İlham Əliyev “Evrovision”la bağlı göstəriş verdi

20.05.13 15:11 1791
İlham Əliyev “Evrovision”la bağlı göstəriş verdi
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Evrovision -2013”ün finalında Azərbaycanın Rusiyaya 10 səs verdiyini bildirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfir həmin səslərin harasa yoxa çıxdığını bildirib.
Polad Bülbüloğlu konkret olaraq nə baş verdiyinin məlum olmadığını və ölkə prezidenti İlham Əliyevin bu məsələ ilə məşğul olmaq üçün artıq göstəriş verdiyini açıqlayıb:
“Mənim özümü də bir musiqi kimi maraqlandırdı ki, necə ola bilər Azərbaycnda Rusiyaya səs verən olamasın? Rusiyanın mahnısı yaxşı idi və onlar beşinci yeri tutdular. Hörmətli prezident İlham Əliyev bu məsələ ilə məşğul olmaq üçün göstəriş verib. Azərbaycanda Rusiyaya səs verilib və konkret səs sayı da var. Lakin məsələ orasındadır ki, həmin səslər Almaniyada hesablanır və artıq belə deyək, final nəticə oradan yayılır”.
Səfir onu da bildirib ki, məsələ təsdiqini taparsa Rusyanın cədvəldəki yeri dəyişə bilər.
banner

Oxşar Xəbərlər