AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"İlham Əliyev Ermənistanın baş naziri üzərində böyükhesablı qələbə qazandı"

Siyasət
17 Fevral 2020, 14:00 800
"Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistan baş naziri üzərində böyükhesablı qələbə qazandı, Paşinyana növbəti sarsıdıcı siyasi-mənəvi-diplomatik zərbə vurdu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, Münxendə yaşananlar Prezident İlham Əliyev və Azərbaycan diplomatiyasının böyük qələbəsi və zəfəri oldu: "Azərbaycan Prezidenti arqumentləri, sərrast, tutarlı, faktlara, tarixə, həqiqətə söykənən mövqeyi və fikirləri ilə bir daha erməni yalanını ifşa etdi, bir daha Ermənistana, onların boşboğaz və populist baş nazirlərinə sarsıdıcı siyasi-diplomatik zərbəsini endirdi. Valdayda, Aşqabadda çox ciddi və sarsıdıcı zərbələr alan Ermənistan və Paşinyan Münxen debatında bir daha məğlubiyyətə, fiaskoya uğradıldı, elə bir zərbəyə məruz qoyuldu ki, çətin ki, bundan tezliklə özlərinə gələ bilsinlər”.
Deputat söyləyib ki, Münxendə bütün dünya bir daha Ermənistanın işğalçı, təcavüzkar ölkə, bölgədə və dünyada sülhə, təhlükəsizliyə ciddi təhdid olduğunun şahidi oldu: "Azərbaycan Prezidenti br daha dünya ictimaiyyətinə faktlarla bəyan etdi ki, Qarabağ Azərbaycanın olub, indidə Azərbaycanındır və hər zaman da Azərbaycanın olacaq”.