• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

İlham Əliyev: "Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb"

28.11.17 21:47 4202
İlham Əliyev: "Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb"
"İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir”.APA-nın xəbərinə görə, bu sözləri Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı mərasimində prezidentİlham Əliyevbildirib.
Dövlət başçısının sözlərinə görə, Ağcabədidə belə bir mərkəzin yaradılması onu göstərir ki, hökumət hətta iqtisadi cəhətdən o qədər asan olmayan illərdə də sosial sahəyə, idman sahəsinə böyük investisiyalar qoyur: "İdman ictimai həyatımızın tərkib hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür”.
Prezidentİlham ƏliyevAzərbaycan iqtisadiyyatının bu gün güclü iqtisadiyyat olduğunu və hökumət qarşısında heç bir maliyyə problemi olmadığını qeyd edib: "Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək”.
"Növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək. Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcəkdir.
Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var”, - deyə prezident qeyd edib.
banner

Oxşar Xəbərlər