AZE | RUS | ENG |


İlham Əliyev: Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır

İlham Əliyev: Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır
Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı çıxışında təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə də toxunub: "Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır. Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6835
GBP 1 İngilis funt sterlinqi 2.2601
TRY 1 Türk lirəsi 0.4672
KWD 1 Küveyt dinarı 5.6339
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0080
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7003