• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib

22.04.17 12:15 1146
İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyevbu gün Avstriyanın keçmiş prezidenti Haynts Fişeri qəbul edib.
APA-nın xəbərinə görə, ölkəmizin başçısı Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar. Prezidentİlham Əliyevvə Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Görüşdə həmçinin AvstriyanınATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər