AZE | RUS | ENG |


İlham Əliyev: “Çalışacağıq ki, İslam aləmini birləşdirək”

İlham Əliyev: “Çalışacağıq ki, İslam aləmini birləşdirək”
"Bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bunun çox böyük mənası var”.  
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. 
 
Dövlət başçısı deyib ki, Azərbaycan bu oyunları keçirməklə, bir daha öz gücünü, imkanlarını göstərəcək, öz dini dəyələrinə sadiqliyini nümayiş etdirəcək: "Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdır. Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri ölkəmiz haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər! Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimi, düzgün, ədalətli, prinsipial və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili” elan edirəm”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008