• cümə, 29 Mart, 19:37
  • Baku Bakı 14°C

İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat

25.11.20 13:45 458
İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat
İkinci Qarabağ savaşında milli-ideoloji, mənəvi-psixoloji hazırlıq yüksək idi, xalqımız qələbəyə köklənmişdi və onu da əldə etdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, hazırda müharibə bitib: "Biz arzumuza çatmışıq. Düşməni hərb meydanında da, siyasət meydanında da məğlub etmişik. Dəyərli Prezidentimiz, Ali Baş Komandanımız artıq işğaldan azad olunmuş torpaqlarımıza ayaq basır, səfər edir, Dağlıq Qarabağın tez bir zamanda dirçəlməsi üçün öz tapşırıqlarını verir. Eyni zamanda Şuşaya, Suqovuşana yol çəkilir, infrastruktur layihələri işlənib hazırlanır. Bu gün Azərbaycan ordusu Kəlbəcərə daxil oldu, yaxın günlərdə düşmən əsarətindəki Laçın da imzalanmış üçtərəfli sənədə əsasən boşaldılacaq, azad olacaq, bizim olacaq. Yəni, hər şey qaydasındadır. Qalibik. Sevinirik. Xoşbəxtik. Fəqət, unutmamaq lazımdır ki, bu qələbə uzun illərdir yürüdülən məqsədyönlü siyasət və təməli düzgün qoyulan xalq və lider birliyi nəticəsində mümkün olub”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev bütün fəaliyyəti boyunca mətin, əzmkar, dürüst mövqe sərgiləyib və öz mükəmməl həyat fəsəfəsi ilə hər kəsə örnək, nümunə olub: "Cənab Prezident İlham Əliyev daim qətiyyət nümayiş etdirib və ətrafa da həmin qətiyyəti aşılayıb. Yəqin bu səbəbin fəlsəfəsindən doğan təzahür idi ki, bizlər müharibənin gedişində yalnız və yalnız qələbə haqda düşündük. Hər gün, hər saat, hər an yalnız o müjdəyə, o suala kökləndik ki, görəsən bu gün cənab Prezident hansı rayonun işğaldan azad olunması ilə bağlı xoş xəbəri verəcək? Bilirsinizmi bu nə ilə bağlı idi? Bu onunla bağlı idi ki, biz Prezidentimizin də, ordumuzun da, yürüdülən siyasətimizin də, illərdir yüksəlişdə olan iqtisadiyyatımızın da gücünə əmin idik. Əmin idik ki, erməni bizə hər məqamda, hər istiqamətdə uduzacaq. Biz əmin idik ki, müstəqil, güclü və qürurlu dövlət haqq elədiyi qələbəyə mütləq qovuşacaq. Həmin qələbənin əsas memarı isə İlham Əliyevdir.
Ordu da, əsgər də o zaman ürəklə döyüşür ki, ona rəhbərlik edən Ali Baş Komandan qətiyyətli olur. Azərbaycan ordusu bax bu səbəbdən yenilməz idi, ancaq qalibiyyətə köklənmişdi və sonucda qalib də oldu. Cənab Prezidentin müharibə dövründə etdiyi çıxışlar, verdiyi müsahibələr o qədər mükəmməl idi ki, bu mükəmməlliyin sayəsində biz informasiya müharibəsini də udduq. İlham Əliyev həm Ali Baş Komandan kimi, həm siyasətçi kimi, həm diplomat kimi, həm müxtəlif dillərdə mükəmməlcə danışan səlis natiq kimi bütün cəbhələrdə düşməni susdurdu, Ermənistana, Paşinyana, onların dəstəkçilərinə layiq olduqları yeri göstərdi, düşmənə dərs verdi. Cənab Prezidentin müharibə zamanı etdiyi çıxışlardakı hər cümlə, hər söz bu gün Azərbaycanda dillər əzbəridir. Bilirsinizmi niyə? Çünki o sözlər ürəkdən deyilmişdi, ucadan deyilmişdi, böyük məharətlə, cəsarətlə deyilmişdi.
Azərbaycan xalqı onu qalibiyyətlərə, işıqlı gələcəyə aparan Prezidentinə hər zaman güvənib, bu gün də güvənir. Müharibə zamanı xalqla lider arasındakı möhtəşəm birlik də bir daha sübut etdi ki, bizi güclü və yenilməz edən elə məhz bu etimad, bu güvən və bu vəhdətdir”.

banner

Oxşar Xəbərlər