• cümə axşamı, 28 mart, 15:36
  • Baku Bakı 16°C

İkinci mənzil bazarında qiymətlər dəyişdi

19.04.17 10:10 707
İkinci mənzil bazarında qiymətlər dəyişdi
2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ikinci mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3 faiz (1 kvadrat metr üçün 1030 dollara qədər) ucuzlaşıb.
Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.
Məlumata əsasən, ekonom-klass mənzillərin qiyməti ikinci mənzil bazarında 3 faiz ucuzlaşıb (1 kvadrat metr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb. Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadrat metr üçün 1417 dollara (rüb ərzində 0,35 faiz artıb), biznes-klass mənzillərin isə 1 kvadrat metr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38 faiz artıb).
Cəmi yanvar-mart aylarında satışa 7,39 min mənzil satışa qoyulub və bu 2016-ci ilin dördüncü rübündən 4,41 faiz azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq onların alqı-satqısı üzrə əqdlərinin həcmi rüb ərzində cüzi artıb (2,45 faiz, 2534 əqdə qədər).
İkinci bazarda təklif olunan mənzillərin çoxu (30,48%) üç otaqlı mənzillərdir, sonra isə iki otaqlı (29,49%), dörd otaqlı (11,57%) və bir otaqlı (14,3%). Beş otaqlı və daha çox otaqlı mənzillərin payına 8,16 faiz təkliflər düşür.
banner

Oxşar Xəbərlər