AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"İkinci dalğa zamanı ölüm sayının artacağı qaçılmaz olacaq"

Təfsilat
06 İyun 2020, 14:22 171
"Artıq dünya mütəxəssisləri tərəfindən qaçılmaz olaraq qiyətləndirilən yeni növ koronavirus infeksiyasının ikinci dalğası birincisindən də ağır ola bilər”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın yoluxucu xəstəliklər üzrə mütəxəssisi Akihiro Sato açıqlamasında deyib.
O bildirib ki, istər Yaponiya, istərsə də digər ölkələrdə aparılan antikor testləri ilə bağlı müsbət nəticələr çox azdır: "Bu o deməkdir ki, hələ də dünya əhalisinin çox hissəsi, yəni təxminən 99 faizi hələ də koronavirusa yoluxmayıb. Belə olan halda, COVİD-19 virusunun ikinci dalğası zamanı yoluxanların sayı birincidən daha da çox ola bilər”.
Mütəxəssisin fikrincə, koronavirusa yoluxanların 60 faizində virusa qarşı antikor olduğu zaman qorxmaz və yayılmaz olacaq: "Lakin bu, hələ çox uzaqdadır. İkinci dalğanın əsas təhlükələrindən biri dünya səhiyyə sisteminin çoxlu sayda xəstəni qəbul etməyə hazır olmaması ilə bağlıdır. Əgər hazırda dünya əhalisinin 99 faizi xəstələnməyibsə, o zaman ikinci dalğa zamanı xəstəxanalarda yer və tibbi personal çatışzmalığı yaran bilər. Xəstəlik sürətlə yayılarsa, çarpayı, kifayət qədər süni nəfər aparatı və digər cihazlar olmazsa, həkimlər ağır xəstələrə kömək edə bilməzlər. Bu çox ağır ssenaridir. Əgər ikinci dalğa zamanı xəstəlik sürətlə yayılarsa, o zaman ölüm sayının artacağı qaçılmaz olacaq”.