• şənbə, 20 Aprel, 12:55
  • Baku Bakı 23°C

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

20.09.17 20:12 1339
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
"İki sahil” qəzetinin Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.APA-nın məlumatına görə, yüksək poliqrafik tərtibatı ilə diqqət çəkən 240 səhifəlik xüsusi buraxılışda Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı məqalələr yer alıb.

Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında», «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında» sərəncamları yer alıb.

Bundan başqa oxucular SOCAR prezidenti Rövnəq Abdullayevin "Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir”, şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Yeni əsrin müqaviləsi» ilə iki milyardıncı ton Azərbaycan neftinə doğru”, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun "Ölkəmizin həyata keçirdiyi neft-qaz layihələri regionda təhlükəsizlik, sabitlik və inkişafın təminatçısıdır”, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun "SOCAR dünya miqyasında uğurlu investisiya layihələri reallaşdırır”, emal üzrə vitse-prezident David Məmmədovun "SOCAR regionda mühüm emal və neft-kimya layihələrinin müəllifidir”, vitse-prezident Mikayıl İsmayılovun "Əsrin müqaviləsi” ilə əsası qoyulan dinamik inkişaf uğurla davam edir”, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun "SOCAR mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir”, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun "Neft kapitalının insan kapitalına çevrilməsi iqtisadi inkişafın rəhnidir” adlı məqalələri yer alıb.

Bundan başqa oxucular neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanovun "SOCAR-ın ixrac imkanları uğurla genişlənir”, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin "SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələr və əldə olunan nailiyyətlər”, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun "SOCAR-ın strateji inkişaf layihələri Azərbaycanın bu gününün və gələcəyinin enerji təhlükəsizliyinin təminatçısıdır», geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynovun "Geoloji elmlərin neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində rolu”, yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun "SOCAR-da son nəsil qazma avadanlıqları vasitəsilə həyata keçirilən əməliyyatların çox hissəsi avtomatlaşdırılıb”, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun "Məqsədimiz Bakı Ali Neft Məktəbini bütün dünyada tanıtmaqdır” məqalələri ilə tanış ola bilərlər. Xüsusi buraxılışda "İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin "23 illik yol yeni "Əsrin müqaviləsi”nin təməlinə çevrildi” məqaləsində "Yeni əsrin müqaviləsi”nin perspektivləri geniş təhlil olunur.
banner

Oxşar Xəbərlər