• şənbə, 20 Aprel, 01:22
  • Baku Bakı 15°C

İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

17.02.17 13:30 889
İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İslam Əməkdaşlıq TəşkilatıXocalıqətliamının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.
APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın baş katibiYusif Əl Osayminfaciə nəticəsində yaxınlarını itirən şəxslərə başsağlığı verib.
Bəyanatda deyilir ki,Xocalıqətliamı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində baş verib. İƏT xarici işlər nazirlərinin əvvəlki iclaslarında qəbul etdikləri qətnamələrdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən əməllərin insanlığa qarşı cinayət kimi öz əksini tapdığı bildirilir.
Bəyanatda ərazi bütövlüyün bərpası və işğala son qoyulması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər və səylərinə tam dəstək ifadə olunub.
banner

Oxşar Xəbərlər