AZE | RUS | ENG |


İƏT-in Baş katibi: "Azərbaycan idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəallıq nümayiş etdirir"

İƏT-in Baş katibi:
"Azərbaycan idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəallıq nümayiş etdirir". Trend-in məlumatına görə, bunu Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin deyib.

Baş katib möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə edib.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili” ilə üst-üstə düşdüyünü vurğulayan əl-Useymin qeyd edir ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.

İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran Baş katib deyib: "Bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7057
GBP 1 İngilis funt sterlinqi 2.2098
TRY 1 Türk lirəsi 0.4785
KWD 1 Küveyt dinarı 5.6018
SEK 1 İsveç kronu 0.1966
EUR 1 Avro 1.9133
CHF 1 İsveçrə frankı 1.7509
USD 1 ABŞ dolları 1.7021